Bakıda cibgirlər saxlanıb

Bakıda cibgirliklə məşğul olan şəxslər tutuluular. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, ötən il avqustun 18-də 104 saylı xətt avtobusunda Bakı şəhər sakini Gülnarə Abbasovanın əl çantasından mobil telefonunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunan 1983-cü il təvəllüdlü Elməddin Hüseynov tutulub. Həmçinin Yasamal RPİ CAŞ, NMB və 29-cu PB əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, cibgirlik cinayətlərində şübhəli bilinənlər - Bakı şəhər sakini 1985-ci il təvəllüdlü Saleh Abbasovdan 0,196, Abşeron rayon sakini, 1988-ci il təvəllüdlü Natiq Əliyevdən 0,256 və Xızı rayon sakini, 1985-ci il təvəllüdlü Qulu Haqverdiyevdən 0,273 qram heroin götürülüb. Araşdırmalar davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31