Gürcüstana brilliant aparan azərbaycanlı qadın saxlanıldı
26 Fevral 2016 17:18 KriminalGürcüstanın Gömrük Departamentinin əməkdaşları ölkə ərazisinə külli miqdarda qızıl və brilliant daxil edən Azərbaycan vətəndaşı Ürfət Rusalovanı saxlayıb. Modern.az Gücrüstan KİV-nə istinadən xəbər verir ki, azərbaycanlı qadın gömrük nəzarətindən kənar yolla zinət əşyalarını Azərbaycandan Gürcüstan ərazisinə daxil edib. Gürcüstan Cinayət Məcəlləsinin 214-cü maddəsi ilə açılan cinayət işi 3 ildən 5 ilə qədər həbs cəzası nəzərdə tutur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31