14 polis əməkdaşı məsuliyyətə cəlb olunub
26 Fevral 2016 15:22 KriminalÖtən il Ombudsmanın Daxili İşlər Nazirliyinə müraciətinə əsasən aparılan xidməti tədqiqatla təsdiqini tapan 10 fakt üzrə 14 əməkdaş intizam məsuliyyətinə cəlb olunub. Bu barədə məlumat Ombudsmanın 2015-ci il üzrə illik məruzəsində əksini tapıb. Sənəddə bildirilir ki, kobud rəftara görə 3 fakt üzrə 4 əməkdaşdan 1-i tutduğu vəzifədən azad edilib, 2-nə "şiddətli töhmət", 1-nə "töhmət" elan olunub, həmçinin polis əməkdaşlarının xidməti fəaliyyəti ilə bağlı olan 7 fakt üzrə intizam məsuliyyətinə cəlb edilən 10 əməkdaşdan 1-i tutduğu vəzifədən azad edilib, 4-nə "şiddətli töhmət", 5-nə isə töhmət elan olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31