Oğru “iş başında” yaxalanıb

Şəmkir rayonunda oğurluq cəhdinin qarşısı alınıb. DİN-dən verilən məlumata görə, Şəmkir rayonunun 20 Yanvar küçəsində rayon sakini Sarif Əliyev həmyerlisi Yalçın Sadıqova məxsus "Mercedes" markalı avtomobildən açıq talama yolu ilə içərisində 15000 manat və 15800 ABŞ dolları, habelə 1 ədəd mobil telefon olan torbanı götürüb qaçarkən həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən tutulub. Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31