Sabirabad sakinindən saxta əskinaz götürülüb
25 Fevral 2016 15:34 KriminalSumqayıt ŞPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad rayon sakini Dövlət Sabirlidən 8 ədəd 100 manatlıq, 52 ədəd 50 manatlıq və 11 ədəd 20 manatlıq, ümumilikdə 3620 manatlıq saxta əskinas götürülüb. DİN-dən verilən məlumata görə, onun yaşadığı Sabirabad rayonunun Kürkənd kəndindəki evinə baxış zamanı isə "HP" markalı printer aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31