Daşkəsəndə oğurluq faktının üstü açılıb. DİN-dən verilən məlumata görə, Daşkəsən RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 15-də rayon sakini Dürdanə Abdullayevanın evindən 200 manat və qızıl üzük oğurlamış həmyerlisi Ramin Bayramov saxlanılıb, digər bir nəfər isə müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31