Qadını bıçaqla hədələyib pulunu aldı

Fevralın 24-də Xətai rayonunun Nobel prospektində naməlum şəxs Bakı şəhər sakini Məlahət Hüseynovanı bıçaqla hədələyib içərisində 40 manat olan çantasını alıb. DİN-dən verilən məlumata görə, Xətai RPİ 37-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Salyan rayon sakini Ruslan Abdullayev tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31