İqtisadiyyat

Əmanətlərin tam sığortalanmasının müddəti uzadılacaq?

15 Yanvar 2019 15:44

Məlum qlobal maliyyə böhranından sonra banklarda vəziyyətin ürəkaçan olmaması ümumilikdə maliyyə bazarında ciddi problemlərə gətirib çıxardı. Yaranmış vəziyyət öz növbəsində banklarda əmanəti olan vətəndaşları da müəyyən addımlar atmaq məcburiyyətində qoydu.

“Bakı Metropoliteni” QSC maşinist peşəsi üzrə namizədlərin işə qəbulunu elan edir

15 Yanvar 2019 15:37

"Bakı Metropoliteni" Qapalı Səhmdər Cəmiyyəti hərəkət qatarlarının maşinisti peşəsi üzrə namizədlərin seçimini həyata keçirir. Qurumun mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, seçimdə iştirak etmək istəyən namizədə dair tələblər aşağıdakı kimidir: yaşı 24-30 arasında olmalı. Ali texniki və orta texniki təhsilli olmalı. Həmçinin ilk peşə ixtisaslı, kişi namizədlər üçün hərbi bilet (yararlılıq kateqoriyası ilə) vacibdir. Seçimdə eləcə də qadınlar iştirak edə bilərlər.

Avtobus dayanacaq pavilyonlarının yerləri dəyişdirilir

15 Yanvar 2019 14:17

Yol kəsişmələrində və ya kəsişmələrə yaxın ərazilərdə quraşdırılmış avtobus dayanacaq pavilyonlarının yerlərinin dəyişdirilməsi işləri davam etdirilir. “OLAYLAR”-a Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, bu çərçivədə M.Qardaşları küçəsi ilə A.Bakıxanov küçələrinin kəsişməsində yerləşən dayanacaq pavilyonu bir qədər geridə təşkil edilib. Nəticədə, yolun hərəkəti buraxmaq qabiliyyəti artıb. Məlumat üçün bildirək ki, svetoforla nizamlanan M.Qardaşları küçəsi ilə A.Bakıxanov küçələrinin kəsişməsində daimi sağa yanan əlavə bölmə olmağına baxmayaraq həmin ərazidə avtobus dayanacaq məntəqəsinin mövcud olması səbəbindən yolda sıxlıq müşahidə olunurdu.

"Məqsədyönlü və hərtərəfli siyasət nəticəsində 2018-ci ildə Azərbaycanın sosial-iqtisadi inkişafı təmin edilib"

15 Yanvar 2019 11:15

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu islahatlar nəticəsində ölkəmizdə iqtisadi və siyasi sabitlik möhkəmlənib, iqtisadi inkişaf dinamikası davam edir.

Qənaətli istehsal üzrə beynəlxalq standartların tətbiqinin təşviqi məqsədilə treninqlər keçirilir

14 Yanvar 2019 18:47

14 yanvar 2019-cu il tarixində İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda İSO 9001:2015 standartlarının tətbiqi istiqamətində treninqə start verilib. Nazirlikdən “Olaylar”a bildirilib ki, treninq dövlət başçısının 06 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən, qənaətli istehsal üzrə beynəlxalq standartların tətbiqinin təşviqi məqsədilə həyata keçirilir. 5 gün davam edəcək treninqin məruzəçiləri Türk Standartlar İnstitutunun təhsil üzrə direktoru Feyzullah Erdoğan və İnstitutun Azərbaycan üzrə təmsilçisi Gülhan Yüzeroğludur.

“Azərsu” ASC-nin laboratoriyaları tərəfindən 68 min içməli su və 25 min tullantı su nümunəsinin analizləri aparılıb

14 Yanvar 2019 18:13

“Azərsu” ASC-nin Mərkəzi Laboratoriyası Bakı şəhəri və regionlarda içməli suyun keyfiyyətini və tullantı sularının standartlara uyğunluğunu nəzarətdə saxlayır. “OLAYLAR”-a Səhmdar Cəmiyyətin ictimaiyətlə əlaqələr şöbəsndən bildirilib ki. 2018-ci ildə “Azərsu” ASC-nin Mərkəzi Laboratoriyası və istehsalat müəssisələrinin laboratoriyaları tərəfindən 68 min içməli su və 25 min tullantı su nümunəsinin analizləri aparılıb.

"Türk Hava Yolları” ötən il 75 milyondan çox sərnişin daşıyıb

14 Yanvar 2019 17:01

“Türk Hava Yolları” aviaşirkəti ötən ilin dekabr ayında sərnişin və yük dövriyyəsi üzrə göstəricilərini açıqlayıb. “OLAYLAR” xəbər verir ki, hesabat ayında aviaşirkətin yüklənmə səviyyəsi 80,2 faiz təşkil edib. İniş ilin təsirini nəzərə alaraq, sərnişinlərin sayı, kreslo-kilometrlərin sayı və yüklənmə səviyyəsində artım Türkiyəyə və “Türk Hava Yolları”na marağın artmasının mühüm göstəricisidir.

Regional proqramlar aqrar sahəni inkişaf etdirib

14 Yanvar 2019 16:42

"Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının qəbul edilməsi ilə iqtisadi inkişafın artımına nail olundu və işsizliyin göstərici faizi tamamilə aşağı düşdü. Ölkəmizdə keçirilən iqtisadi layihələr öz bəhrəsini verdi. Ümumilli lider Heydər Əlirza oğlu Əliyevin Azərbaycan Respublikasının prezidenti olduğu dönəmdən bu günümüzə doğru gəldikdə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmizdə həyata keçirilən Dövlət Proqramına uyğun layihələrlə yanaşı beynəlxalq layihələrin keçirilməsi iqtisadiyyatımızın inkişafına təkan verdi. Belə demək olar ki, ilk əvvəllər ölkəmiz neft sektorundan gələn gəlir hesabına iqtisadiyyatın müxtəlif sahələri o cümlədən kənd təsərrüfatı sahəsinə yönəldilən gəlirlərin hesabına daha yüksək inkişafa nail oldu".