AMEA-da meyvə-tərəvəz yarmarkası açılacaq
24 Yanvar 2019 13:45 İqtisadiyyatAMEA-da ərzaq və kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil olunacaq."Olaylar"ın məlumatına görə, Akademiyadan bildirilib ki, 24-25 yanvar tarixlərində saat 9:00-dan 18:00-a kimi AMEA şəhərciyində ərzaq və kənd təsərrüfatı məhsullarının ucuz qiymətə satış yarmarkası təşkil olunacaq. Yarmarka AMEA-nın Azad Həmkarlar İttifaqının təşəbbüsü ilə baş tutacaq.Yarmarka Bakı ş., H.Cavid pr., 115. Ünvanında təşkil olunacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31