Çin Orta Asiya ölkələri ilə 46 milyard dollarlıq "alver edib"

Ötən il Çin Qazaxıstan və Türkmənistanla ticarət əməkdaşlığını daha da genişləndirib

2013-cü ildə Çinin 5 Orta Asiya ölkəsi ilə 46 milyard dollarlıq ticarət dövriyyəsi olub. "Orta Asiya Xəbərlər Xidməti"nin verdiyi məlumata görə, bu informasiya Çinin "Jenmin jibao" onlayn qəzetində "Çin və Orta Asiya bir yerdə arzularını həyata keçirir" başlığı ilə çap edilən məqalədə yazılıb. 

Qeyd edilir ki, ötən il Çin Qazaxıstan və Türkmənistanla ticarət əməkdaşlığını daha da genişləndirib.
Məqalədə Çinin Qırğızıstan, Özbəkistan və Tacikistanla ticarət əlaqələrinin də inkişaf etdiyi və birgə "İpək yolu" layihəsinin reallaşdırılacağı haqqında da geniş məlumat verilib. ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31