2013-cü ilin dekabr ayında həyata keçirilmiş qazma işləri açıqlandı
9 Yanvar 2014 11:58 İqtisadiyyat2013-cü ilin dekabr ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 4217 metr qazma işi həyata keçirib. Socar.az xəbər verir ki, bu sahədə görülmüş işlərin 4190 metri istismara, qalanı isə kəşfiyyata aid olub. Ümumiyyətlə, 2013-cü ilin yanvar-dekabr aylarında ARDNŞ üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 142656 metr qazma işi görülüb ki, bunun da 135665 metri istismara, 6991 metri kəşfiyyata aid olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31