Yerli vergi ödəyiciləri üçün pilot layihə həyata keçiriləcək

2014-cü ildə Bakı şəhərinin Binəqədi, Abşeron rayonunun Saray və Şəmkir rayonunun Şəmkir bələdiyyələrində yerli (bələdiyyə) vergilərin ödəyiciləri olan fiziki şəxslərin, habelə yerli vergi və ödənişlərin elektron uçotunun tətbiqi üzrə Pilot layihə həyata keçiriləcək. Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən "Olaylar"a verilən məlumata görə, layihə çərçivəsində üç ay müddətində həmin rayonların bələdiyyələrinin vergi xidməti orqanlarının əməkdaşları üçün yerli vergilərin ödəyiciləri olan fiziki şəxslərin, habelə yerli vergi və ödənişlərin elektron uçotunun aparılması qaydalarının izahı ilə bağlı seminarların keçirilməsi planlaşdırılır. Bundan əlavə yerli (bələdiyyə) vergilərin ödəyiciləri olan fiziki şəxslərin, habelə yerli vergi və ödənişlərin elektron uçotunun tətbiqinə texniki yardım göstərilməsi üçün mövcud mütərəqqi beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə zəruri tədbirlərin görülməsi də nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31