Yumurtanın qiyməti neçəyədir?

Bu ilin 9 ayı ərzində quşçuluq müəssisələrində 36 min 787 ton quş əti istehsal olunub. Bu barədə "OLAYLAR"a Azərbaycan Quşçuluq Cəmiyyətinin  sədri Aydın Quliyev məlumat verib. Onun sözlərinə görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 42 faiz çoxdur. A.Quliyev onu da bildirib ki, bu ilin 9 ayı ərzində 1 milyard 43 milyon 352 min yumurta istehsal olunub ki, bu da ötən illə müqayisədə 38,5 faiz artıqdır. Cəmiyyət sədri onu da bildirib ki, hazırda yerli bazarın yumurta ilə təmin olunmasnda heç bir problem yoxdur.  Yumurtanın müəssisələrdən satış qiyməti 8-11 qəpik arasında dəyişir. Bu cür qiymət yumurtanın çeşidinə uyğun olaraq dəyişir.  Mağazalarda isə yumurta 12-13 qəpiyə satılır.  Toyuq ətinin müəssisələrdən satış  qiyməti isə ən çoxu 2 manat 30 və  70 qəpik arasında dəyişir. Mağazada isə quş ətinin qiyməti 3 manat 20 və ya 30 qəpiyədir.      

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31