Ombudsmanın əmək haqqı 2025 manata qaldırıldı

Dekabrın 27-də keçirilən Milli Məclisin iclasında "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili haqqında" Konstitusiya Qanununda dəyişiklik edilməsi haqda qanun layihəsi müzakirəyə çıxarılıb. Qanun layihəsi barədə parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Komitə sədri bildirib ki, son zamanlar əmək haqqı artımları həyata keçirilib. Onların bir qismi cənab prezidentin sərəncamları, bir qismi isə qanunlar vasitəsilə həyata keçirilir: "Bu dəyişikliklərə əsasən Ombudsmanın, Konstitusiya Məhkəməsi hakimlərinin və digər məhkəmə instansiyaların hakimlərinin əmək haqlarının artırılması nəzərdə tutulur".

Qeyd edək ki, dəyişikliyə əsasən Ombudsmanın əmək haqqı 1800 manatdan 2025 manata qaldırılır. Bundan başqa, Konstitusiya Məhkəməsinin sədrinin əmək haqqı 1785 manatdan 2020 manata qaldırılır. Ali Məhkəmə sədrinin əmək haqqı isə 1785-2005 rəqəmi ilə əvəz ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31