“AtaBank” fanatlarını mükafatlandırdı
27 Dekabr 2013 14:09 İqtisadiyyat"AtaBank"-ın baş ofisində facebook səhifəsinin fanlarına dəyərli hədiyyələr təqdim olunub. Bankdan "OLAYLAR"-a daxil olan məlumata görə, aktivliyi ilə fərqlənən, müxtəlif təşəbbüslərlə çıxış edən fanlar "AtaBank" tərəfindən Yeni il münasibəti ilə mükafatlandırılıblar. Yeni il çərçivəsində Səbuhi Cumşüdə, Aynur Bənnayevaya, Gülüstan Qəhramanovaya, İlahə Rəhimliyə , Elmirə Əzizovaya, Sevgi Hüseynovaya və Ülkər Cəfərovaya "AtaBank"-dan bahalı hədiyyələr təqdim edilib. Qeyd edək ki, Azərbaycanda ən populyar sosial şəbəkə olan facebook-da "AtaBank"-ın rəsmi səhifəsi bir neçə aydır ki fəaliyyət göstərir. Burada "AtaBank"-ın tətbiq etdiyi yeniliklər, tarif və kampaniyalar, keçirilən sosial layihələr və xidmətlər haqqında ən son xəbərləri almaq mümkündür.