Yumurtanın qiyməti qalxmayıb?
27 Dekabr 2013 12:42 İqtisadiyyatYumurtada qiymət artımı yoxdur və hələ ki, gözlənilmir. Azərbaycan Quşçuluq Cəmiyyətinin sədri Aydın Vəliyev "OLAYLAR"a bildirdi ki, bu günlərdə əvvəlkilərindən daha artıq yumurta çıxarılır. Aydın Vəliyev bildirdi ki, yumurta və quş ətinin qiymətində heç bir artım olmayıb: "Dekabrın 28-dən başlayaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil olunacaq yarmarkalara toyuq və quş əti çıxarılacaq". A.Vəliyev yumurtanın 1 ədədinin qiymətinin 10 qəpik olduğunu bildirdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31