Əmanətlərin qaytarılması vaxtı dekabrın 31-də başa çatır
26 Dekabr 2013 15:03 İqtisadiyyatAzərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli "Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında" Fərmanı ilə 1992-ci il 1 yanvar tarixinə keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının əmanətçiləri olan və həmin Bankın hüquqi varisi "Kapital Bank" Açıq Səhmdar Cəmiyyətində bu Fərman qüvvəyə mindiyi tarixə şəxsi əmanət hesablarının qalıqlarını saxlamış Azərbaycan Respublikası vətəndaşlarına və ya onların vərəsələrinə fərdi birdəfəlik ödəmələr verilməsi 31 dekabr 2013-cü il tarixində başa çatır. Maliyyə Nazirliyindən "Olaylar"a verilən məlumata görə, 2012-ci ilin iyun ayının 1-dən başlayan, böyük ictimai maraq və diqqətlə müşayət olunan prosesin gedişi və yekunları barədə kütləvi informasiya vasitələri tərəfindən Azərbaycan Respublikası Maliyyə Nazirliyinə çoxsaylı suallar daxil olur. Maliyyə Nazirliyi bildirir ki, hazırda yekunlaşmaq üzrə olan proses barədə ətraflı məlumat hazırlanır və yaxın günlərdə kütləvi informasiya vasitələrinə təqdim olunacaq.