“Günəşli” yatağında yeni quyu istismara verilib

Bu günlərdə "Günəşli" yatağındakı 3-cü özüldən 122 nömrəli quyu geoloji tədbirdən sonra istismara verilib. Socar.az xəbər verir ki, quyu 2829-2820 metr intervaldan, məhsuldar qatın X horizontundan sutkalıq 40 ton neft hasilatı ilə istismar fonduna daxil edilib. Qeyd edək ki, yataqda hasilat işləri "28 May" NQÇİ tərəfindən həyata keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31