ARDNŞ ekoloji sahədə mükafata layiq görülüb

ARDNŞ-nin qəbul etdiyi ekoloji siyasətə uyğun olaraq son dövrdə yeni ekoloji layihələr həyata keçirilir. Bu sırada həm tullantıların idarəolunması, atmosferin çirklənməsinin qarşının alınması, həm də çirkələnmiş torpaqların təmizlənməsi sahəsində aparılarn layihələri xüsusi qeyd etmək olar. ARDNŞ çirklənmiş torpaqların təmizlənməsini və təmizlənmiş torpaqlarda idmana töhfə verəcək qurğuların tikintisini həyata keçirir. Bu qəbildən olan ən iri layihə Sabunçu rayonu ərazisində yerləşən Böyük Şor gölü ətrafında Bakı Olimpiya Stadionunun tikintisi layihəsidir. İdman və ətraf mühitə xidmət edən bu cür layihələr Beynəlxalq Olimpiya Komitəsi tərəfindən yüksək qiymətləndirilmiş və ARDNŞ-yə ətraf mühitin qorunması ilə idmanın inkişafına verdiyi töhfəyə görə xüsusi mükafat təqdim edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31