“Apple” 2014-cü ilin oktyabrında 12.9 düymlük planşet təqdim edəcək

Tayvanın "Digitimes" nəşri yazır ki, "Apple" şirkəti 2014-cü ilin oktyabrında 12,9 düymlük planşet çıxaracaq. "ICTnews" elektron xəbər xidməti "gazeta.ru" saytına istinadən bildirir ki, tədarükçülər arasında mənbələrin sözlərinə görə, qurğular ilk növbədə Şimali Amerika bazarı üçün nəzərdə tutulacaq. İddia edilir ki, "Apple" planşetlərinin istehsalçısı "Quanta Computer" şirkəti olacaq. Həmçinin məlumatlara əsasən, 2014-cü ilin mayında "Apple" böyük ölçülü ekranla təchiz edilmiş "iPhone" smartfonu çıxaracaq.

Bu barədə hələ rəsmi informasiya yoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31