“2014-cü ilin sonuna kimi benzin “Avro-3” standarlarına çatdırılacaq”

Sabiq Abdullayev bildirib ki, bu məsələ ilə bağlı Dövlət Neft Şirkəti ilə müvafiq danışıqlar aparılıb

ANS PRESS-in məlumatına görə, bu barədə Standarlaşdırma və Sertifikatlaşdırma İnsitutunun direktoru Sabiq Abdullayev deyib. O bildirib ki, bu məsələ ilə bağlı Dövlət Neft Şirkəti ilə müvafiq danışıqlar aparılıb: "Hazırda bu məqsədlə müvafiq işlər görülür".Qeyd edək ki, 2010-cu il iyulun 1-dən Azərbaycanda avtomobillərə "Avro-2" standartı tətbiq edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31