Azərbaycanla ABŞ arasında ticarət dövriyyəsi 1 mlrd. 217 milyonu ötüb

2013-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycanla ABŞ arasında ticarət dövriyyəsi 1 mlrd. 217 mln. 400 min dollar təşkil edib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, hesabat dövründə iki ölkə arasında ticarət dövriyyəsi ötən ilin analoji dövründən 43% az olub. ABŞ-la Azərbaycanın ticarət dövriyyəsi 11 ayda ümumi dövriyyənin 4%-ni tutub. Hesabat dövründə ABŞ Azərbaycanın ən çox ticarət əməliyyatı apardığı doqquzuncu ölkə olub. Azərbaycanın bu ölkə ilə ticarət əməliyyatlarının 878 mln. 488 min dolları ixracın, 338 mln. 912 min dolları isə idxalın payına düşüb. Azərbaycanın ABŞ-a ixracı ümumi ixracın 4%-ni, ABŞ-dan idxalı isə ümumi idxalın 3%-ni təşkil edib. Azərbaycanın ABŞ-a ixracı 41%, ABŞ-dan idxalı isə 46% azalıb. Bu ilin 11 ayında Azərbaycanla ABŞ arasında ticarət dövriyyəsində 539 mln. 576 min dollar məbləğində müsbət saldo yaranıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31