Zukerberq “Facebook”un səhmlərini 2.3 milyard dollara satacaq

"Bloomberg" informasiya agentliyi yazır ki, "Facebook"un yaradıcısı Mark Zukerberq sosial şəbəkənin 41,35 milyon səhmini 2.3 milyard dollara satacaq.
"ICTnews" elektron xəbər xidməti "gazeta.ru" saytına istinadən bildirir ki, şirkət ümumilikdə 70 milyon səhm satmaq niyyətindədir. Onun 27 milyonunu "Facebook", 43 milyonu isə səhmdarları təklif edəcək.
"Facebook"dan bildirilib ki, əldə olunan vəsait dövriyyə sərmayəsinə və başqa məqsədlərə xərclənəcək.
2013-cü ildə "Facebook" səhmlərinin qiyməti iki dəfədən çox artıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31