ARDNŞ nümayəndələri Rumuniyada səfərdə olublar
19 Dekabr 2013 15:55 İqtisadiyyatARDNŞ-nin nümayəndə heyəti dekabrın 16-17-də Rumıniyada səfərdə olublar. Socar.az xəbər verir ki, səfər zamanı Rumıniyanın iqtisadi inkişaf və enerji nazirliklərində görüşlər keçiriib, ARDNŞ-nin Rumıniya sənayesinə investisya yatırmaq imkanları, AGRİ layihəsinin reallaşdırılmasına münasibəti müzakirə edilib. Görüşlərdə ARDNŞ-nin emal üzrə vitse-prezidenti Davud Məmmədov, "Azərikimya" İstehsalat Birliyinin rəhbəri Muxtar Babayev, Azərbaycan Respublikasının Rumıniyadakı səfiri Fərid Abdinbəyov, ARDNŞ-nin Rumıniyadakı nümayəndəliyinin rəhbəri Həmzə Kərimov, Rumıniyanın İqtisadi İnkişaf Nazirliyində dövlət katibi Boqdan Badea, Enerji Nazirliyində dövlət katibi Mihai Albulesku, neft-qaz departamentinin müdiri və AGRİ layihəsi idarə heyətinin üzvü Korneliu Kondrea iştirak ediblər. ARDNŞ-nin nümayəndə heyəti Ramnicu Valcea şəhərində "Oltchim" kimya kombinatına baş çəkib, buradakı istehsalat prosesləri ilə tanış olublar.