Nazir müavini: ""Şahdəniz 2"-nin reallaşdırılması Azərbaycanla Gürcüstan arasında əməkdaşlığın möhkəmləndirilməsinə kömək edir"
19 Dekabr 2013 13:58 İqtisadiyyatXəzərin Azərbaycan sektorundakı "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi layihəsinin ikinci mərhələsinin reallaşdırılması regionun iqtisadi inkişafına kömək edəcək. Bu barədə "Şərq Tərəfdaşlığı ölkələrinin ərazi əməkdaşlığının möhkəmləndirilməsinə yol: Azərbaycan-Gürcüstan ərazi əməkdaşlığı proqramı" adlı regional konfransda Gürcüstanın Avropa və Avroatlantik inteqrasiya nazirinin müavini Mariam Rakviaşvili bəyan edib. Onun sözlərinə görə, "Şahdəniz-2" çox böyük layihədir və onun reallaşdırılması Azərbaycanla Gürcüstan arasında, o cümlədən energetika sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə kömək edəcək.
Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdir müavini Ruslan Rüstəmlinin tədbirdə qeyd edib ki, iki ölkə Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi iri enerji layihələri çərçivəsində fəal əməkdaşlıq edir. Öz növbəsində, "Şahdəniz-2" layihəsinin reallaşdırılması ölkələr arsında əməkdaşlığı daha da möhkəmləndirir və Gürcüstan ərazisindən Avropaya Azərbaycan qazının ixracını təmin edir.
R.Rüstəmlinin sözlərinə görə, Azərbaycan və Gürcüstan iqtisadiyyatın digər sahələrində də çalışırlar və nəqliyyat sahəsi, konkret olaraq isə Asiya-Avropa istiqamətinin inkişafına öz töhfəsini verəcək Bakı-Tbilisi-Qars dəmiryol layihəsi buna parlaq nümunədir. trend