İran Azərbaycan şirkətlərini neft-qaz sahəsinə investisiya yatırmağa çağırıb

Tehran Ticarət Palatasının sədri Azərbaycanı bu ölkənin neft və qaz sektoruna investisiya yatırmağa çağırıb. Bunu Palatanın sədri Yəhya Ali İshaq (Al-e Eshagh) dekabrın 17-də Bakıda keçirilən İran və Azərbaycan iş adamlarının birgə biznes forumunda çıxış edərkən deyib. Forumda çıxış edən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev bildirib ki, iki ölkənin münasibətləri nəzərə alınarsa, ölkələr arasında ticarət dövriyyəsinin həcmi qənaətbəxş deyil. Onun sözlərinə görə, Tehran Ticarət Palatası ilə yeni əməkdaşlıq müqaviləsinin imzalanması planlaşdırılır. M.Musayev, həmçinin Azərbaycan sahibkarlarının Rusiya və postsovet ölkələri ilə münasibətlərini vurğulayaq, bu əlaqələrin iranlı iş adamlarına da faydalı olacağını bildirib. Yəhya Ali İshaq isə deyib ki, İran və Azərbaycanın potensial imkanları nəzərə alınsa, hazırkı ticarət dövriyyəsinin həcmi çox azdır. Onun sözlərinə görə, Azərbaycanda tikinti sahəsində İran şirkətləri böyük rol oynaya bilərlər, həmçinin neft-kimya, elektrik stansiyalarının və digər infrastrukturların tikintisi sahəsinə sərmayə yatırmağa hazırdırlar. Ali İshaq, həmçinin İranın neft sektorunda Azərbaycan şirkətlərinin iştirakı və investisiyasına ehtiyac duyulduğunu vurğulayıb.
 Onun sözlərinə görə, növbəti beş ildə İranın neft və qaz sahəsinə 500 milyard dollar həcmində sərmayə yatırılması planlaşdırılıb. M.Musayev bildirib ki, ikitərəfli əməkdaşlıq Azərbaycan sahibkarlarının İranda fəaliyyətinə şərait yaradacaq: "Ümud edirik ki, yaxın zamanda Azərbaycan məhsullarını İran bazarında görəcəyik". Forumda AZPROMO-nun vitse-prezidenti Vidadi Quliyev çıxışında bildirib ki, Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 70 faizdən çoxunu təşkil edir. 
 Onun sözlərinə görə, Azərbaycana indiyədək 156 milyard dollar həcmində investiya yatırılıb ki, bunun da 50 faizi xarici kapitaldır. V.Quliyev bildirib ki, İran indiyədək Azərbaycanın qeyri-neft sektoruna 104,5 milyon dollar sərmayə yatırıb və hazırda Azәrbaycanda 390 İran şirkәti fәaliyyәt göstәrir.  trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31