ABŞ-ın iqtisadi sanksiyası İranı narahat etməyə başlayıb

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Amerikanın "Vaşinqton Post" qəzetinə müsahibəsində bildirib ki, ölkəsi Qərb və ABŞ-la yekun razılaşmanı əldə etməyə təkid edir. C.Zərif qeyd edib ki, İran yaranmış gərginliyə baxmayaraq "Altılıq" ölkələrilə müzakirələrini davam etdirəcək: "Biz nüvə proqramının dinc məqsədlər üçün həyata keçirildiyini sübut edəcəyik. Obama İsrailin təzyiqi altında İranın nüvə proqramına dair bəyanat səsləndirib və o deyib ki, nüvə proqramının həyata keçirilməsinə icazə verməyəcək". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31