İdarə rəhbərlərinə “Liderlik” maarifləndirmə kursu keçirilir
17 Dekabr 2013 11:56 İqtisadiyyatARDNŞ-nin Təlim, Tədris və Sertifikatlaşdirma İdarəsinin beynəlxalq dərəcəli mütəxəssisi tərəfindən tədris olunan "Liderlik" beynəlxalq standartı üzrə kurs işinə başlayıb. Socar.az xəbər verir ki, kurs iştirakçıları idarə və müəssisə rəhbərləridir. Bir gün davam edən kursda dinləyicilərə müəssisədə idarəetmə sisteminin düzgün qurulması, liderliyin müasir konsepsiyası, rəhbər işçidə özünə inamın artırılması, işçilərlə ünsiyyət, liderliyin güc qaynaqları, liderin problemləri düzgün dəyərləndirməsi, münaqişələrin həlli, liderlik və uğur, menecmentin təşkili, liderliyin dəyərləndirilməsi və digər məsələlər müzakirə olunub. Kursu müvəffəqiyyətlə bitirən dinləyicilərə beynəlxalq sertifikatlar təqdim olunacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31