Azərbaycan öz qazını birbaşa Avropa bazarına çıxara biləcək

"Şahdəniz-2" investisiya layihəsi dünya tarixində ən böyük sərmayə qouluşudur. İlkin qiymətləndirmələrə görə, sərmayənin həcmi 40 milyard dollardan artıqdır. Bu məbləğin yarıdan çoxu Azərbaycanda investisiya ediləcək. Təbii ki, bu anlaşma yalnız Azərbaycan deyil eyni zamanda xarici neft şirkətləri və eləcə də benefisiar və transit ölkələr üçün kifayət qədər əhəmiyyətlidir". İqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, bununla xarici şirkətlər böyük investisiya və eləcə də stabil gəlirlər imkanı qazanırlar. İkincisi, benfisiar ölkələr mavi qaza olan tələbatının tam və ya qismən ödənilməsinə nail olacaqlar. Belə ki, Türkiyəyə nəql edilən qazın illik həcmi 12,6 milyard kubmetrə yüksələcək. Türkiyə TANAP-a sahib olmaqla eyni zamanda TAP-a da "ev sahibliyi" edəcək, ölkənin bu layihədən də öz daxili ehtiyacları üçün faydalanmaq imkanı olacaq. Avropa isə birincə mərhələdə illik 10 milayrd kub metr mavi qaz idxal edə biləcək. Daha sonra bu rəqəm 20 milyard kub metrədək yüksəldiləcək. Üçüncüsü, transit ölkələr o cümlədən Gürsüstan və Türkiyə bu anlaşmadan real gəlir əldə edən ölkələr sırasındadır: "Azərbaycan artıq öz qazını birbaşa Avropa bazarına, həm də bazar qiymətləri ilə çıxara biləcək. Bu isə ölkənin bir bazardan asılılığının aradan qalxması və Bakının mavi yanacaq ixracatında əsas hədəfə vurması anlamına gəlir. Bakı bu qərarla Moskvanın xətrinə dəymədən Avropa Birliyinin enerji təhlükəsizliyinə ciddi töhfə verir. Odur ki, TAP anlaşması Azərbaycan üçün həm də siyasi-diplomatik əhəmiyyət daşıyır". Onun sözlərinə görə, "Şahdəniz" yatağının ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində qiymətləndirilir. "Şahdəniz-2" layihəsi çərçivəsində ilk qazın əldə edilməsi 2018-ci ildə gözlənilir. "Şahdəniz" qaz-kondensat yatağının ikinci mərhələsindən Azərbaycan qazının Avropaya tədarükü haqqında imzalanmış müqavilələr üzrə gəlirlərin həcmi təqribən 200 milyard dollar təşkil edəcək. Azərbaycan qazının Avropaya çatması 2019-cu ildə mümkün olacaq. "Şahdəniz-2" çərçivəsində qaz Türkiyəyə artıq 2018-ci ildə çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31