Saxta endirim kampaniyalarına aldanmayın!
17 Dekabr 2013 11:53 İqtisadiyyatAntiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Səbail rayonu, Nigar Rəfibəyli küçəsi, ev 24 ünvanında fəaliyyət göstərən fiziki şəxs Əhmədova Nigar Vidadi qızına məxsus mağazada aparılan yoxlama zamanı qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların aldadılması halları müəyyənləşdirilmişdir. Belə ki, mağazanın giriş hissəsində "Mağaza bağlanır. Şok endirim" məzmunlu reklamlar yerləşdirilsə də, satışda olan malların qiymətinə endirim tətbiq edilmədiyi, malların üzərində endirimin tətbiqi barədə heç bir məlumatın (qiymətin) qeyd olunmadığı müəyyən edilmişdir. Bundan başqa, qeyd olunan reklamların aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı da aşkar olunmuşdur.
Bununla əlaqədar, Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qanunsuz reklamların yayımı dayandırılmış və Nigar Əhmədova barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılmışdır. OLAYLAR