""Şahdəniz 2" layihəsi Azərbaycanda 10 min yeni iş yerinin açılmasına səbəb olacaq"
Rövnəq Abdullayev "Şahdəniz" qazının ötürüləcəyi ölkələrdə də minlərlə iş yerləri açılacağını deyib
17 Dekabr 2013 11:50 İqtisadiyyat""Şahdəniz 2" layihəsinin icrası Azərbaycanda 10 min yeni iş yerinin açılmasına səbəb olacaq". Bu sözləri Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev "Şahdəniz 2" üzrə yekun investisiya qərarının imzalanması mərasimində çıxışında deyib. O bildirib ki, həmçinin "Şahdəniz" qazının ötürüləcəyi ölkələrdə də minlərlə iş yerləri açılacaq.
Qeyd edək ki, hazırda "Şahdəniz 2" üzrə yekun investisiya qərarının imzalanması mərasimi başlayıb. Mərasimdə bir sıra dövlət və hökümət başçıları iştirak edir. ans
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31