Yaponiyanın dövlət büdcəsi 930 milyard dollara çatacaq

Bu məbləğin qüvvəyə minməsi üçün ölkənin baş naziri qanun layihəsini təsdiq etməlidir

Yaponiyanın dövlət büdcəsinin həcmi 2014-2015-ci illərdə 930 milyard dollar (92.6 trilyon yen) olacaq. Ukrayna mətbuatının verdiyi məlumata görə, bu məbləğin qüvvəyə minməsi üçün dekabr ayının 24-də ölkənin baş naziri Sindzo Abe qanun layihəsini təsdiq etməlidir.
Yeni qanun layihəsinə görə, 2014-cü ilin aprel ayından etibarən satışdan əldə edilən rüsumların həcmi qaldırılacaq. Reuters-in yazdığına görə, kabinetin atmaq istədiyi bu iqtisadi addım nəticədə dövlət büdcəsinin tənzimlənməsinə gətirib çıxara bilər. ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31