“Samsung” şirkəti 2014-cü ilin əvvəlində büdcəyə uyğun “Galaxy Core Advance” smartfonunu çıxaracaq

Cənubi Koreyanın "Samsung" şirkəti 2014-cü ilin əvvəlində büdcəyə uyğun "Galaxy Core Advance" smartfonunu çıxaracaq. Aparat ağ və mavi rənglərdə əlçatan olacaq.
"Samsung Mobile Press" saytı yazır ki, qurğu 4,7 düymlük TFT ekran, ikinüvəli prosessor, 1 QB əməli yaddaş, 8 QB daxili yaddaş və 5 meqapiksellik kamera ilə təchiz edilib. Smartfon "Android 4.2 Jelly Bean" sistemi ilə işləyir. "ICTnews" elektron xəbər xidməti "gazeta.ru" saytına istinadən bildirir ki, "Galaxy Core Advance" smartfonunun qiyməti haqqında hələ ki məlumat verilməyib.
"Sam Mobile" saytı yazır ki, 2014-cü ilin birinci rübündə "Samsung" dörd yeni planşet təqdim edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31