ARDNŞ noyabr ayı üzrə ödənişləri açıqladı

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 2013-cü ilin noyabr ayında dövlət büdcəsinə 163 milyon 344 min manat vəsait ödəyib ki, bu da ötən ilin noyabr ayına nisbətən 35 milyon 346 min manat və ya 127,6 faiz çoxdur. Socar.az xəbər verir ki, ümumiyyətlə, 2013-cü ilin yanvar-noyabr aylarında büdcəyə 1 milyard 487 milyon 412 min manat vəsait ödənib. Bu göstərici 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 199 milyon 509 min manat və ya 115,5 faiz çoxdur.
Bundan əlavə, cari ilin noyabr ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 14 milyon 275 min manat vəsait köçürüb. Bu, ötən ilin noyabr ayına nisbətən 1 milyon 285 min manat və ya 109,9 faiz çox olub. Ümumiyyətlə, 2013-cü ilin yanvar-noyabr aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 147 milyon 765 min manat təşkil edib ki, bu da ötən ilin yanvar-noyabr aylarına nisbətən 3 milyon 198 min manat və ya 102,2 faiz çoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31