İnşaat materiallarının qiyməti artıb

2013-cü ilin noyabr ayında "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin monitorinq qrupu tərəfindən Bakı şəhərinin müxtəlif rayonları üzrə inşaat materialları bazarının əsas çəkisini təşkil edən 39 adda 92 növdə tikinti materialı üzrə növbəti araşdırılma aparılıb. Tikinti materialları bazarında ilin birinci rübündən başlayan qiymət azalması noyabrda da davam edib. Tikinti mövsümünün nisbətən bazar üçün xarakterik olan "soyuma" mərhələsinə keçməsi alıcı aktivliyinin azalmasına da təkan verib. Bazarın passivləşməsi fonunda qiymət azalmasının dərinləşməsi həm idxal və həm də ixrac materiallarında özünü göstərib. Ukrayna və Rusiyadan idxal edilən tikinti materialları arasında azalma əsasən dəmir məmulatlarında baş verib. Ötən ay tonu 800 manata satılan armaturun qiyməti noyabrda 1,25% azalaraq 790 manata çıxarılıb. Azalma dəmir boru, dəmir təbəqə, sinklənmiş dəmir və s. materiallar üçün də xarakterik olub. Yerli istehsalda da əsas qiymət azalması dəmir materiallarında qeydə alınıb. Alıcı qıtlığının azalması nəticəsində ilin sonunadək qiymətlərin bir qədər də düşəcəyi ehtimalı sahibkarlar tərəfindən istisna edilməyib. Noyabr ayı bəzi tikinti materialları üzrə artımsız keçinməyib. Xüsusilə qonşu ölkələrdən idxal edilən laminat-parket, tamet və kafel-metlax sahəsində qiymət artımı müşahidə edilib. Digər tikinti materiallarında baş verən dəyişikliklər cüzi artıb-azalma ilə müşahidə edilib.Beləliklə, ümumilikdə ötən ay daha çox 17 adda, 32 növdə tikinti materialı üzrə qiymətlərdə azalma olub. 6 adda 11 növdə məhsul üzrə qiymət artımı müşahidə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31