Mənzil bazarında aktivlik müşahidə olunur

2013-cü ilin noyabr ayı ərzində daşınmaz əmlakın təkrar mənzil bazarı seqmentində aparılan araşdırmaılar zamanı bağlanan əqdlərin dinamikasında oktyabr ayı ilə müqayisədə 1,7 faiz artım müşahidə edilib. "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyindən "Olaylar"a verilən məlumata görə, təkrar mənzil bazarı üzrə ümumi mənzil portfelində ciddi azalma müşahidə olunub. Son 11 ayda bazarın bu seqmenti üzrə təklifin kəskin azalması və qiymət dinamikasının kəskin artmı müşahidə olunub. Son dövrlər bazarda baş verən proseslərin mənzil tikintisinin tempinə göetərdiyi müsbət təsirlər nəticəsində yeni tikililərin reabilitasiyası və dövriyyə imkanları xeyli artıb. Bu isə bazara daxil olan yenu tikililərin qiymətinin artmasına səbəb olub. Buna baxmayaraq son 3 ayda təkrar mənzil bazarında qiymət artımı nisbi xarakter daşımağa başlayıb. Konkret olatraq noyabr ayında təkrar mənzil bazarında təklif həcmi əvvəlki ayla müqayisədə 0,4 faiz artıb. Aktivlik əmsalına görə ən cəlbedici rayonlar Xətai, Yasamal, Nizanı və Nərimanov rayonları olub. Ay ərzində bazara təklif olunan məzillərin sayə 4600-ə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31