Sabah deputatların maaşlarının artımı təsdiqini tapacaq

Milli Məclisin növbəti plenar iclası dekabrın 17-də keçiriləcək. İclasda 14 məsələnin müzakirəsi nəzərdə tutulur. "OLAYLAR" xəbər verir ki, müzakirəsi gözlənilən məsələlələrin əksəriyyəti mövcud qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsi ilə bağlıdır. Belə ki, "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Qanuna, "Milli Məclisi deputatının statusu haqqında" Qanuna, "Dövlət rüsumu haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında", "Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Qeyri hökumət təşkilatları, ictimai birliklər və fondlar haqqında", "Qrant haqqında" qanunlara, eləcə də İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi nəzərdə tutulur. Bundan başqa, "15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında" Qanun layihəsi 2-ci oxunuşda, eləcə "Ticarətin maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyasının Təsis Sazişinin təsdiq edilməsi barədə" və "Azərbaycan Respublikası hökuməti ilə Koreya Respublikası hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Sazişin təsdiq edilməsi haqqında" Qanun layihələri müzakirəyə çıxarılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31