“AtaBank”dan Yeni il sürprizi

"AtaBank" ASC facebook səhifəsində "Yeni İl, Yeni Şans" müsabiqəsinə start verib. Səhmdar Cəmiyyətdən "OLAYLAR"-a verilən məlumata görə, müsabiqənin əsas məqsədi istifadəçilərin bayram əhval-ruhiyyəsini qaldırmaq və onlara bu bayram günlərində sevinc hissi bəxş etməkdir. 21 gün ərzində davam edəcək müsabiqədə üç nəfər qalib müəyyən ediləcək və qaliblərin adı 7 yanvar 2014-cü il tarixində elan olunacaq. Qaliblərə, "AtaBank" ASC-dən, balansında 100, 200 və 300 manat olan "Visa" və ya "MasterCard" kartları təqdim olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31