Əhaliyə verilən kreditlərin 5,2 faizinin ödəmə vaxtı keçib
16 Dekabr 2013 12:27 İqtisadiyyatNoyabr ayının 1-nə əhalinin banklardakı əmanətləri keçən ilin müvafiq dövrünə nisbətən 34.4 faiz artaraq 6.3 milyard manat olub. Statistika Komitəsindən verilən məlumata görə, onların 3.9 milyard manatı milli valyuta ilə, 2.4 milyard manatı isə xarici valyuta ilə qoyulub. Ölkənin maliyyə-kredit təşkilatları noyabrın 1-nə kimi 15.0 milyard manat məbləğində kredit verib. Kreditlərin 77.5 faizi uzunmüddətli olub, 5.2 faizinin ödəmə vaxtı keçib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31