Doqquz ayda büdcəyə 16,2 milyard manat daxil olub

Maliyyə Nazirliyinin məlumatlarına əsasən yanvar-oktyabr ayları ərzində dövlət büdcəsinə 16.2 milyard manat daxil olub, büdcədən 14.0 milyard manat vəsait xərclənib. Büdcə xərclərinin 44.4 faizi və ya 6.2 milyard manatı iqtisadiyyatın inkişafına, 10.3 faizi səhiyyə və təhsilə, 10.8 faizi sosial müdafiə və sosial təminata yönəldilib. Büdcənin gəlirləri ilə xərcləri arasında ümumi daxili məhsulun 4.7 faizinə bərabər və ya 2214.8 milyon manatlıq profisit yaranıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31