Məhsul yığımı başa çatır

Aqrar bölmədə bitkiçilik məhsullarının yığımı başa çatmaq üzrədir. Statistika Komitəsindən "Olaylar"a verilən məlumata görə, dekabrın 1-nə kimi qarğıdalı da daxil olmaqla 2961.8 min ton taxıl, 992.7 min ton kartof, 1204.3 min ton tərəvəz, 42.6 min ton pambıq, 839.7 min ton meyvə və giləmeyvə, 429.7 min ton bostan məhsulları, 152.5 min ton üzüm, 180.8 min ton şəkər çuğunduru, 18.1 min ton dən üçün günəbaxan, 3.5 min ton tütün, 567.5 ton yaşıl çay yarpağı toplanıb. Diri çəkidə 452.1 min ton ət, 1669.6 min ton süd, 1279.6 milyon ədəd yumurta və 16.5 min ton yun istehsal olunub. Dəyər ifadəsində bitkiçilik məhsulları istehsalı 4.0 faiz, heyvandarlıq məhsulları istehsalı 5.5 faiz və kənd təsərrüfatının ümumi məhsulu 4.8 faiz artıb. 2013-cü ilin məhsulu üçün 1050.5 min hektar sahədə şum qaldırılıb, 918.3 min hektar sahədə dən üçün taxıl, o cümlədən 616.7 min hektar sahədə buğda, 301.6 min hektar sahədə arpa səpilıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31