Gürcüstanda gömrük rəsmiləşdirilməsinə görə ödəmə 5 dəfə azadılır

Gürcüstanda gömrük rəsmiləşdirilməsinə görə ödəmə 5 dəfə azadılır. Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən verilən məlumata görə, bu, idxalçılar üçün bərabər şəraitin yaradılması və güzəştli tariflərin tətbiqi məqsədilə edilib. Poti və Kulevi limanlarının gömrük-nəzarət məntəqələrində, eləcə də Poti Azad İqtisadi Zonasında 3 min lariyədək dəyəri olan malın gömrük rəsmiləşdirilməsi bundan sonra 100-dən 20 lariyədək azalacaq (1 dollar = 1,71 lari).
2011-ci il mayın 28-dən Poti limanının gömrük-nəzarət məntəqəsi güzəştli tariflərlə işləyir. Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31