Ən çox satılan smartfon hansıdır?
14 Dekabr 2013 01:55 İqtisadiyyat"Counterpoint Research" analitik şirkəti qlobal smartfon bazarında ən çox satılan telefonların reytinqinə dair növbəti hesabat dərc edib. Oktyabrın nəticəsinə görə, birinci yerdə "iPhone 5s", ikincidə isə "iPhone 5" qərarlaşıb. "Samsung Galaxy S4" smartfonu isə üçüncü olub.
"ICTnews" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, "iPhone 5c" dördüncü, "Galaxy Note 3" isə bu sıralamada beşinci olub. "Apple" şirkəti qurğularının qlobal bazarda mövqelərinin möhkəmlənməsində Çinin rolu böyükdür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31