Daha 3 bankın lisenziya müddəti ləğv edildi

Rusiyanın Mərkəzi Bankı müştərilərinin tələblərini yerinə yetirə bilməməsi və şübhəli pul köçürmələri etməsi səbəbi ilə orta səviyyədə olan daha 3 bankın lisenziyasını ləğv edib.  Lisenziyası ləğv edilərək bağlanan banklar Rusiyanın 84-cü böyük bankı İnvestbank, 109-cu böyük bankı Smolensk Bank və 142-ci böyük bankı BPF banklarıdır. 
Qeyd edək ki, Rusiyada 2013-cü ildə 30-dan çox bank bənzər səbəblərlə bağlanılıb. azadinform

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31