Hacıqabul rayonunun qazlaşdırılması tam başa çatdı
13 Dekabr 2013 14:33 İqtisadiyyatARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyinin ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində gördüyü məqsədyönlü tədbirlər nəticəsində uzun müddət təbii qaz almayan yaşayış məntəqələri "mavi yanacaq"la təmin olunur. Socar.az xəbər verir ki, Hacıqabul rayonunun qazlaşdırılması istiqamətində həyata keçirilən genişmiqyaslı işlər də bu baxımdan diqqətəlayiqdir. Dekabrın 13-də Hacıqabul rayonunun Padar kəndinə təbii qaz verilməsi münasibəti ilə tədbir keçirilib. Tədbirdə "Azəriqaz" İstehsalat Birliyinin və rayon icra hakimiyyətinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə bildirilib ki, 190 abonenti olan Padar kəndinin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 50 000 metr uzunluğunda polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 190 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. Qeyd olunub ki, Padar kəndinə təbii qazın verilməsi ilə rayonun qazlaşdırılması tam başa çatıbr.