11 ayda 30 min vergi ödəyicisi elektron qaydada qeydə alınıb
12 Dekabr 2013 15:03 İqtisadiyyatCari ilin yanvar-noyabr aylarında respublika üzrə 66 min 162 vergi ödəyicisi, o cümlədən elektron qaydada 30 min 221 (45,7 faiz) vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə Vergilər Nazirliyindən verilən məlumata görə, 1 dekabr 2013-cü il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 533 min 93 təşkil edir ki, bu da 1 dekabr 2012-ci il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin sayından 11,8 faiz çoxdur. 2013-cü ilin yanvar-noyabr ayları ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 90,4 faiz təşkil edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31