Vergilər Nazirliyinin xətti ilə büdcəyə 6 milyard 245 milyon 438,8 min manat vəsait daxil olub

2013-cü ilin yanvar-noyabr aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 6 milyard 245 milyon 438,8 min manat təşkil edib. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, bu məbləğin 37,9 faizi mənfəət vergisinin, 24,7 faizi əlavə dəyər vergisinin, 12 faizi fiziki şəxslərin gəlir vergisinin, 7,5 faizi aksizlərin, 17,9 faizi isə digər vergilərin payına düşür. Qeyri-neft-qaz sektoru üzrə büdcəyə 3 milyard 409 milyon 293,5 min manat vəsait daxil olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31