Çində ilk “bulud” kompüteri yaradılıb
12 Dekabr 2013 19:58 İqtisadiyyatÇində ilk "bulud" kompüteri yaradılıb. "Sinxua" agentliyinin yaydığı məlumata əsasən, internet istifadəçilərinə "Cloud PC" funksionalı təqdim edən veb-xidmətin hazırlanması ilə "Unisplendour Corporation Limited" məşğul olub. "ICTnews" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, hazırda bu kompüterdə təxminən 85 petabayt istifadəçi məlumatı (1 petabayt = 1 milyon qiqabayt) yerləşdirilə bilər.
"Bulud" texnologiyaları məlumatları sərt diskdə deyil, internet resursunda saxlamağa icazə verir. Nəticədə həmin məlumatlara gecə-gündüz və istənilən kompüterdən giriş əldə etmək mümkündür. Virtual fərdi kompüterdə quraşdırılmış proqramlarla qlobal internetə çıxışa malik istənilən qurğulardan işləmək mümkündür. Bu, ofis kompüterləri, noutbuk, planşet və smartfonlar ola bilərlər.