Salyan və Yardımlı rayonlarının 2 kəndinə təbii qaz verilib

Dekabrın 10-da Salyan və Yardımlı rayonlarının 2 kəndinə təbii qaz verilib. Bu münasibətlə keçirilmiş tədbirlərdə rayon icra hakimiyyətlərinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri, kənd ağsaqqalları iştirak ediblər. Socar.az xəbər verir ki, Salyan rayonunun Yuxarı Noxudlu kəndinə təbii qazın verilməsi ilə əlaqədar keçirilmiş tədbirdə bildirilib ki, 205 abonenti olan kəndin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 20,6 kilometr uzunluğunda daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 205 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Həmin gün Yardımlı rayonunun Mişkireyn kəndinə də təbii qaz verilib. Bu münasibətlə keçirilmiş tədbirdə qeyd olunub ki, 54 abonenti olan kəndin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 2,1 kilometr uzunluğunda daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 54 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31