Sərnişindaşıma ucuzlaşıb, yükdaşıma isə bahalaşıb
10 Dekabr 2013 13:27 İqtisadiyyat2013-cü ilin noyabr ayında əvvəlki ayla müqayisədə nəqliyyat sektorunda sərnişindaşıma tarifləri 0,1 faiz ucuzlaşıb, yükdaşıma tarifləri 2,1 faiz bahalaşıb. Statistika Komitəsindən "Olaylar"a verilən məlumata görə, dəmir yolu nəqliyyatında MDB ölkələrinə sərnişindaşıma tarifləri 6,2 faiz ucuzlaşıb. Hava nəqliyyatında MDB ölkələri üzrə sərnişindaşıma tarifləri 1,0 faiz ucuzlaşıb, digər xarici ölkələr üzrə isə 1,3 faiz bahalaşıb. Ay ərzində dəniz nəqliyyatında sərnişindaşıma tarifləri üzrə 1,5 faiz ucuzlaşma müşahidə edilib. Boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 4,0 faiz bahalaşıb. Avtomobil nəqliyyatında yükdaşıma tarifləri 0,8 faiz ucuzlaşıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31